İtaliya

Azarkeşlərə nalayiq jest etdi – FOTOFAKT

İtaliya A Seriyasının 24-cü turunun “Roma” – “İnter” matçında qonaqların futbolçusu Françesko Açerbi meydan sahiblərinin azarkeşlərinə nalayiq jest edib.

Aut.az xəbər verir ki, matçın 17-ci dəqiqəsində künc zərbəsindən sonra 35 yaşlı müdafiəçi baş ilə qol vurub. Bundan sonra italyan müdafiəçi romalı azarkeşlərə nalayiq jest edib.

Onun bu hərəkəti hakimin gözündən yayınıb və cəzalandırılmayıb.

Hazırda İtaliya A Seriyasında keçirilən 24 oyundan sonra “İnter” 60 xalla liderdir. “Roma” isə 38 xalla 5-cidir.

Azarkeşlərə nalayiq jest etdi - FOTOFAKT