İngiltərə

“Yunayted” pulu belə qazanacaq: Formalara kamera yerləşdirəcək və…

“Mançester Yunayted”in sahibi olan Qleyzerlər ailəsi, klubun azarkeşlərinə yayım satmaq üçün futbolçuların formalarına kameralar yerləşdirmək istəyir.

Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

“Qleyzerlərin Ed Vudvorddan ilham aldığı böyük ideya və ya bəlkə də böyük ümid, artırılmış reallığın (AR) tətbiqidir. Bir oyunçunun bədəninə AR cihazını taxa biləcəyi texnologiya artıq mövcuddur və dünyanın istənilən yerində bir azarkeş matçı sevimli oyunçunun gözü ilə görmək üçün kiçik bir məbləğ ödəyə bilər.

Təsəvvür edin ki, azarkeşlər 90 dəqiqə ərzində Markus Reşford və ya Bruno Fernandes olmaq üçün pul ödəsələr, nəhəng fanat bazası ilə “Yunayted” nə qədər qazana bilər”, – məlumatda deyilir.

Hazırda Premyer Liqada keçirdiyi 23 oyundan sonra “Mançester Yunayted” 38 xala malikdir və altıncı yerdədir.

Aut.az