“İnter”dən klub rekordu
İtaliya A Seriyasının 16-cı turunun matçında “İnter” səfərdə “Latsio”nu darmadağın edib – 6:0.
Aut.az xəbər verir ki, bunun sayəsində milanlılar 2024-cü ildə çempionatda səfər qollarının sayını 47-yə çatdırıb ki, bu da yeni klub rekordudur.
A Seriyasının turnir cədvəlində “İnter” 34 xalla 3-cüdür. Bir oyun az keçirən “neradzurra” lider “Atalanta”dan 3 xal geri qalır.
Aut.az
