“Roma” loqosunu dəyişdi – FOTO
“Roma” klubu loqosunu dəyişib.
Aut.az xəbər verir ki, bu barədə İtaliya klubun mətbuat xidməti məlumat yayıb.
“Böyük qürurla tarixi loqomuzun klubun identifikasiyasının simvolu kimi geri döndüyünü elan edirik. Bu qərar klubun tarixi və azarkeşlərimizin istəkləri nəzərə alınaraq qəbul olunub”, – deyə açıqlamada bildirilir.
Qeyd edək ki, loqo müasir tendensiyalara uyğun olaraq daha minimalist üslubda hazırlanmasına baxmayaraq, ümumi konsepsiya dəyişməz qalıb.
Aut.az

