İspaniyaİtaliya

“Barsa” gözünü ona dikib: Bu qədər pul lazımdır

“Barselona” “İnter”in oyunçusu Alessandro Bastonini transfer etməkdə maraqlıdır.

Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Lakin bildirilir ki, katalonlar digər variantları da nəzərdən keçirirlər.

Klubun idman direktoru Deku italiyanla yanaşı, Pau Torres (“Aston Villa”) və Niko Şlotterbeklə (“Borussiya Dortmund”) də maraqlanır. Luka Vuşkoviç və Miki van de Ven (hər ikisi “Tottenhem”), eləcə də Natan Ake (“Mançester Siti”) də  “Barselona”nın hədəfindədir.

Amma Bastoni əsas namizəd hesab olunur. Onun yüksək transfer qiyməti şübhələri artırır: “La Gazzetta dello Sport” qəzetinin məlumatına görə, onu transfer etməyə 50 milyon avrodan çox lazım olacaq.

Aut.az