İtaliya

Federasiya onu məhkəməyə verəcək

Roberto Mançininin İtaliya yığmasının baş məşqçi postundan getməsi İtaliya Futbol Federasiyası (FIGC) üçün gözlənilməz olub.

Mancini qəfil istefa verib, üstəlik federasiyanı da özünə qarşı hörmətsiz davranmaqda ittiham edib. Bundan sonra Mançini Səudiyyə Ərəbistanı millisindən gələn dəvəti qəbul edib. İtaliya millisi isə Luçano Spalettiyə həvalə olunub.

Federasiya Mançiniyə qarşı hüquqi tədbirlər görməyə hazırlaşır. “La Gazzetta dello Sport”un məlumatına görə, İtaliya Futbol Federasiyası Mançinidən təzminat tələb etmək istəyir. Təşkilat Mançininin istefasının rəsmi olaraq qəbul edilmədiyini təkid edir.

Aut.az