İkardinin “İnter”də müharibədən qaçmaq üçün bir yolu vardı: Vandaya görə üzr istəmək
“İnter”in keçmiş baş məşqçisi Luçano Spaletti komandanın kapitanı olmuş Mauro İkardi ilə münaqişə vəziyyətini xatırladıb.
Aut.az xəbər verir ki, İkardi o münaqişələrdən bir müddət sonra PSJ-yə keçib.
“İkardi “İnter”in kapitanı idi, fantastik oyunçudur, cərimə meydançasında yırtıcıdır, onun kimiləri azdı… Mauro mənim “İnter”imin əsas qəhrəmanıdır… Bu prosesdə başa düşdüm ki, kapitanımızın zəifliyi Vandadır və o, bütün komandaya zərər vurmaq riski daşıyır. Buna dözə bilmirdim. Mauro o vaxt futbolda çətin günlər keçirirdi.
O, adətən çox qol vurmurdu və sonra Vanda dedi: “Əgər daha çox qol vurmasını istəyirsənsə, ona kömək edəcək oyunçular al”. Dözülməz idi. Bu bəyanat diqqətdən kənarda qalmadı. Paltardəyişmə otağında müharibədən qaçmağın yalnız bir yolu var idi: Mauro İkardinin üzr istəməsi .
Ertəsi gün bütün komanda yoldaşlarının gözü qarşısında ondan Vandanın sözlərini izah etməsini xahiş etdim. Başqalarına hörmət formamı saxlamaq üçün edə biləcəyim şey bu idi. Mauro cavab verdi ki, bunlar həyat yoldaşı Vandanın deyil, agentiVandanın sözləridir…
Ondan kapitan sarğısını alıb Handanoviçə verməliydim. O, bunu çox pis qəbul etdi, amma komandanı itirməmək üçün mən İkardini həm insan, həm də oyunçu kimi itirdim”, – Spalletti “Calciomercato.com”a bildirib.
İkardi 2013-2019-cu illərdə “İnter”də çıxış edib, 219 matçda 124 qol vurub və 29 məhsuldar ötürmə edib. Hazırda “Qalatasaray”da oynayır. Nara ilə İkardi arasında məhkəmə gedir, cütlük ayrılıb.
Aut.az
