İtaliya

“Napoli”dən “Çelsi”yə növbəti təklif: Bu dəfə necə olacaq?

“Napoli” belçikalı hücumçu Romelu Lukakunun transferi üçün “Çelsi”yə daha bir təklif göndərib.

Aut.az xəbər verir ki, bu barədə nüfuzlu italyan insayderi Canluka Di Martsio məlumat yayıb.

Onun sözlərinə görə, İtaliya klubu Lukaku üçün əvvəlkindən 6 milyon çox – 21 milyon funt sterlinq təklif edib. Təklif paketində 4,2 milyonluq bonus maddələri də yer alıb. “Çelsi” futbolçu üçün 35 milyon funt sterlinq tələb edir. Buna görə, belə bir təklifi qəbul etməyi inandırıcı görünmür.

Xatırladaq ki, “Napoli” Lukaku ilə şəxsi müqavilənin şərtlərini əvvəlcədən razılaşdırıb. “Napoli”nin yeni baş məşqçisi Antonio Konte forvardı israrla komandasında görmək istəyir.

Aut.az