İngiltərəİtaliya

“Arsenal”a “yox” deyib: Səbəbi bəllidir

“Atalanta”nın və Nigeriya millisinin hücumçusu Ademola Lukman karyerasını London “Arsenal”ında davam etdirmək variantından imtina edib.

Aut.az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.

Bir neçə gün əvvəl “Atalanta”nın vasitəçilər vasitəsilə Lukmanın xidmətlərini “Arsenal”a təklif etdiyi bildirilmişdi. Lakin futbolçu bu variantdan imtina edib.

Bu, onun “İnter”ə keçmək istəyi ilə bağlıdır. O, daha əvvəl Milan klubu naminə “Atletiko Madrid”dən gələn təklifi rədd etmişdi. Eyni zamanda, “Atalanta” A Seriyasında əsas rəqiblərini gücləndirməmək üçün Lukmanı xaricə satmaq istəyir.

Aut.az