İspaniya

Münaqişə bitdi: Barışıq belə elan edildi – VİDEO

“Barselona” və Mark-Andre Ter Ştegen arasındakı münaqişə tərəflərin ictimai barışığı ilə başa çatıb və almaniyalıya kapitan sarğısı geri qaytarılıb.

Aut.az xəbər verir ki, “Joan Gamper Kuboku” uğrunda “Komo” ilə matçdan əvvəl “Barsa” qarşıdakı mövsüm üçün komandanı təqdim edib.

Mark-Andre komanda yoldaşları ilə meydançaya çıxıb, sonra mikrofonu götürüb və hazırlanmış mətni oxuyub. O, klubla münaqişə və barışıq, planları, yeni gələnlər və məşqçilər korpusu haqqında danışıb.

Arena almaniyalını alqışla qarşılayıb, klubun rəhbərləri də onu ayaq üstə alqışlayıblar.

Aut.az