Formula 1

Onu saxlamağa çalışırlar: Nə istədiyini bilirlər

“Red Bull” komandasının rəhbəri Kristian Horner əmindir ki, Maks Ferstappen yeni mövsümdə rəqabətədavamlı avtomobil alsa, başqa komandaya getməyəcək.

Aut.az xəbər verir ki, Ferstappenə “Mercedes” və “Aston Martin”in maraq göstərdfiyi bildirilir.

“Ferstappenin istedadını nəzərə alsaq, o, hər Formula 1 komandasının istək siyahısındadır. Onunla maraqlanacaqları qaçılmazdır. Ancaq “Red Bull” ona düzgün avtomobili və komandada yaxşı ab-hava təqdim etdiyi müddətcə, onun başqa komandaya getmək istəməsi üçün heç bir səbəb görmürəm”, – Horner deyib.

Məlumdur ki, sürücünün müqaviləsi 2028-ci il mövsümünün sonuna qədər qüvvədədir, lakin Ferstappenin yeni texniki reqlamentlərin qüvvəyə mindiyi 2026-cı ildən əvvəl komandanı dəyişmək hüququ var.

Aut.az