Rəqiblərə çağırış: Bizi yamsılamayan, uğur olmayacaq
“Red Bull”un texniki direktoru Pyer Vaşe deyib ki, digər komandalar Avstriya komandasının texniki həllərini yamsılasa, uğur qazana bilməyəcəklər.
“Düşünürəm ki, surət çıxarmaq mümkündür, lakin dünyanın istənilən işində texnologiyadan söhbət gedəndə ən vacib sual “niyə”dir. Əgər “niyə”sini bilmirsinizsə, istədiyiniz qədər kopyalaya bilərsiniz, lakin nəticə verməyəcək. Ən yaxşısı həmişə başa düşdüyünüz şeylərə sadiq qalmaqdır.
Biz də bəzi həlləri kopyalayırıq. Bəzən yanlış şeyləri kopyalaya bilərik, amma bəli, başqalarının fikirlərindən də ilham ala bilərik.
Bizim işimiz Darvinin təkamül nəzəriyyəsi ilə təsvir edilə bilər. Başqalarından maraqlı bir şey görürsən, ona başqa bir fikir əlavə edirsən, öz konsepsiyanı, güc və qabiliyyətlərini inkişaf etdirib təkmilləşdirirsən.
Amma hər dəfə anlayışa əsaslanmalıdır. Əgər sırf köçürmə xatirinə kopyalayırsansa, bu işləməyəcək. Bilik və nail olmaq istədiyiniz son nöqtəni görmə qabiliyyətinə sahib olmalısınız. Əgər siz belə kopyalasanız, bu, heç nə gətirməyəcək”, – “Motorsport” Pyerin sözlərini sitat gətirib.
Aut.az
