“Ferrari” sevgisi bitdi? – Meneceri üç komanda ilə danışıqlar aparıb
“Ferrari” sürücüsü Çarlz Leklerin meneceri Nikolas Todt müştərisi üçün yeni komanda axtarır.
Aut.az xəbər verir ki, bu barədə İtaliyanın “RMC Motori” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, Todt son bir neçə ay ərzində üç F1 komandası ilə danışıqlar aparıb. Onun “Aston Martin” sahibi Lourens Stroll ilə ilk görüşü hələ yayda baş tutub. Todt daha sonra “Maklaren”in rəhbəri Andrea Stella ilə danışıb, üçüncü tərəf isə “Mercedes”dən Toto Volff olub.
Leklerin hazırda “Ferrari”dən ayrılmağı düşünmədiyi bildirilir. Lakin onun qərarına gələn il Skuderiyanın statusu təsir edəcək. Belə ki, Çarlz 2027-ci il üçün variantlarını araşdırır, reqlament dəyişikliyindən sonra komandaların gücünü dəyərləndirməyə hazırlaşır. “Red Bull” komandasının sürücüsü Maks Ferstappen də oxşar taktika tətbiq edib.
Aut.az
