İspaniya

Mbappeyə mesaj göndərdi: Hər kəs onunla oynamaq istəyir

“Real”ın lideri Vinisius Junior açıqlama verib.

Aut.az xəbər verir ki, o, PSJ-nin futbolçusu Kilian Mbappenin Madrid klubuna mümkün transferindən danışıb:

“Real”da hər kəs Kilianla oynamaq istəyir. Ümid edirəm bir gün bu baş verəcək. O, hazırda dünyanın ən yaxşı futbolçularından biridir, hətta ən yaxşısıdır. Onun unikal səviyyəsi var”.

Qeyd edək ki, Mbappenin PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Onun yayda “Real”a azad agent statusu ilə transfer olunacağı gözlənilir.