Yamal Flikə qarşı çıxdı: Bu haqda danışan yoxdur
“Barselona”nın hücumçusu Lamin Yamal komandanın baş məşqçisi Hans-Diter Flikin La Liqanın 3-cü turunda “Rayo Valyekano” ilə heç-heçədən (1:1) sonra dediklərinə münasibət bildirib.
Aut.az xəbər verir ki, Flik “Barsa”nın bu oyunda uğur qazanmasına eqoizmin mane olduğunu deyib, Yamal isə bununla razılaşmır.
“Nəticələrin eqoizmdən qaynaqlandığını düşünmürəm, bu, sadəcə, bizim oyunumuz deyildi. Eyni intensivliklə başlamadıq və tam diqqətimizi cəmləməmişdik. Bəli, Flik çox səhv etdiyimizi deməkdə haqlıdır və biz yaxşılaşmalıyıq.
Çox çətin matçlarda doqquz mümkün xaldan yeddisini qazanmışıq, amma bu haqda danışan yoxdur. Biz hələ evdə belə oynamamışıq, yalnız səfərdə”, – “Barca Times” “X” sosial şəbəkəsindəki səhifəsində Yamaldan sitat gətirib.
Aut.az
