Mbappenin müdafiəsinə qalxdı: Əmin oluram ki…
“Real Madrid”in hücumameyilli yarımmüdafiəçisi Cud Bellinqem Kilian Mbappenin kluba gəlişindən sonra komandadakı rolunun dəyişməsi ilə bağlı sualı cavablandırıb.
“Bu, istənilən uyğunlaşma kimidir. Bəzi oyunçular gedir, bəziləri gəlir. Oyun tərzim dəyişdi, amma uyğunlaşa bildiyimi göstərdim. Məni mövqe maraqlandırmır, sadəcə oynamaq istəyirəm. Mənə təsir etmədi.
Kilian həmişə yaxşıdır. Tənqid var, amma həddindən artıqdır. Onun məşqdə necə işlədiyini görəndə əmin oluram ki, ən yaxşı şəkildə uğur qazanacaq”, – AS Bellinqemin sözlərindən sitat gətirib.
Bu mövsüm Mbappe bütün yarışlarda 17 matçda iştirak edib və 9 qol vurub və iki məhsuldar ötürmə edib.
Aut.az
