Dünya futboluİspaniya

“Real”ın futbolçusunu belə ağlatdılar – VİDEO

“Real”ın futbolçusu Federiko Valverde vətəni Uruqvayda xoş sürprizlə üzləşib.

Aut.az xəbər verir ki, peşəkar futbolda ilk addımlarını atdığı “Penyarol” klubu ona gözlənilməz jest edib. “Sarı-qaralar” yetirməsinin şərəfinə bazasındakı bir sahəyə onun adını verib.

Federiko bunun üçün təşkil edilən mərasimə ailəsi ilə birlikdə qatılıb. 25 yaşlı futbolçu bunu emosionallıqla qarşılayıb. O, göz yaşlarına hakim ola bilməyib.

Mərasimdən sonra Valverde bu hadisənin onun üçün əhəmiyyətli olduğunu söyləyib: “Bu bir yuxudur. İnana bilmirəm. Təbii ki, evə gedib fikirləşəcəyəm ki, bu doğrudur, yoxsa yox”.

 

"Real"ın futbolçusunu belə ağlatdılar - VİDEO

"Real"ın futbolçusunu belə ağlatdılar - VİDEO

"Real"ın futbolçusunu belə ağlatdılar - VİDEO