Ançelottinin çalışdırdığı ən yaxşı braziliyalı: Vinisius deyil
Braziliya yığmasının yeni baş məşqçisi Karlo Ançelotti çalışdırdığı braziliyalı futbolçuları müxtəlif xüsusiyyətlərə görə dəyərləndirib.
Aut.az xəbər verir ki, italiyalı mütəxəssis “Milan”ın sabiq hücumçusu Ronaldonu birlikdə çalışdığı ən yaxşı braziliyalı futbolçu adlandırıb.
“Ronaldo texnikası baxımından ən mükəmməldir və dünyanın ən yaxşılarından biri idi. Ən peşəkarı Kafu idi. Eder Militao məni çox güldürən biridir, Vinisius da.
Həmçinin, mənim fikrimcə, Vinni çox, çox təvazökardır. Onların hamısı ilə çox yaxşı münasibətlərim var. Hamısı məni milli komandanın dəvətini qəbul etməyə çağırıblar və mənə uğurlar arzulayblar.
34 braziliyalı futbolçunu çalışdırmışam və heç biri ilə problem yaşamamışam. Ola bilsin ki, yalnız biri ilə, amma dəqiq kimin olduğunu deməyəcəyəm”, – “Globo Esporte” Ançelottidən sitat gətirib.
Aut.az
