Avropa Çempionatı

Ronaldo açıqladı: Avro-2024-də oynamayacaq?

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Avro-2024-də iştirak edib-etməyəcəyiylə bağlı sualı cavablandırıb.

Aut.az xəbər verir ki, 38 yaşlı superulduzun cavabı belə olub:

“Ümid edirəm ki, Avropa çempionatında oynayacağam. Turnirə hələ çox vaxt var, ona görə də dəqiq söz demək mümkün deyil. Zədələrdən qaçıb turnirə getmək istəyirəm. Portuqaliyadan erkən ayrıldım, amma bu ölkə həmişə mənim evim olacaq. Portuqaliyada oynayanda, bütün stadionlarda mənə dəstək olurlar”.

Qeyd edək ki, ötən gün Ronaldonun dubl etdiyi qarşılaşmada Portuqaliya millisi Slovakiyanı 3:2 hesabı ilə məğlub edib. Bu uğur sayəsində pireneylilər Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin ediblər.