Ev sahibi oldular, 3 milyard alacaqlar
Böyük Britaniya və İrlandiya 2028-ci il Avropa çempionatına ev sahibliyi edəcəyi UEFA tərəfindən rəsmən təsdiqləndi.
Aut.az “The Times” nəşrinə istinadən xəbər verir ki, bu ölkələr turnirə ev sahibliyi etdikləri üçün əlavə 3 milyard avro qazanıblar.
Bu, 2012-ci il London Olimpiadasından sonra ilk dəfə Britaniya adalarında keçiriləcək ən böyük idman tədbiri olacaq.
24 komandanın iştirak etdiyi turnir Avro-1996-dan bəri Böyük Britaniyanın ən böyük beynəlxalq futbol tədbiri olacaq. 2028-ci il Avropa çempionatında matçlar üçün təxminən 3 milyon bilet satılacaq və stadionların orta tutumu 58 min nəfər olacaq.
Turnir üçün UEFA-nın təqdim etdiyi ərizəyə əsasən. İngiltərə 28, Uels, Şotlandiya və İrlandiya hərəyə 6, Şimali İrlandiya isə 5 oyun keçirəcək.
Aut.az
