“Barselona”nın ulduzu rəqibi görün nədə günahlandırdı
“Barselona”nın vingeri Rafinya La Liqanın 15-ci turunda 1:2 hesabı ilə məğlub olduqları “Las Palmas”la oyunu şərh edib.
Aut.az xəbər verir ki, braziliyalı futbolçu bu sözləri deyib:
“Zəif oynadıq. Bunu düzəltmək üçün nəyi səhv etdiyimizi anlamalıyıq. Səviyyə əvvəllər göstərdiyimizlə müqayisədə aşağı düşüb. Bu, oyunu bizim üçün çətinləşdirir. Biz işləməyə davam etməliyik və daha yaxşı olmalıyıq.
Məni hədəf yox, qələbə maraqlandırır. Qələbə qazana bilmədik və matçdan razı deyiləm. Mən hirslənirəm? Bəli. Rəqib vaxt uzadırdı. İkinci hissədə biz tələb olunan 45 dəqiqə əvəzinə cəmi 30 dəqiqə oynadıq. Onlar nə etdiklərini məndən daha yaxşı bilirlər”.
Aut.az
