Almaniya

“Bavariya” şokda: Zədəsi ciddidir? – FOTO

“Bavariya”nın ingilis hücumçusu Harri Keyn Dortmund “Borussiya”sı ilə matçda zədələnərək meydanı tərk edib.

Aut.az xəbər verir ki, 31 yaşlı futbolçunun əvəzinə 37-ci dəqiqədə Tomas Müller meydana daxil olub. Derbidə zədələnən Keynin durumu hələlik məlum deyil.

Bu mövsüm Harri Keyn klub səviyyəsində bütün yarışlarda 19 oyun keçirib, 20 qol vurub və 7 məhsuldar ötürmə edib.

Qeyd edək ki, sözügedən görüş 1:1 hesabı ilə başa çatıb.

Aut.az

"Bavariya" şokda: Zədəsi ciddidir? - FOTO