Azərbaycan futbolu

Musa Qurbanlı komandasından ayrılır?

Azərbaycan millisinin üzvü Musa Qurbanlının İsveçin “Yurqorden” klubundakı taleyinə aydınlıq gəlib.

Aut.az xəbər verir ki, bu barədə klubun idman direktoru Bosse Andersson yerli mətbuata müsahibəsində məlumat verib.

Klub rəsmisi Musanın komandada qalacağını deyib:

“O, 2024-cü ildə komandada qalacaq. Musa Qurbanlı ötənmövsümkü çıxışından məyusdur. O, daha çox çalışmaq istədiyini göstərir. Ondan nələrin tələb olunduğunu da anlayır. Cəmi altı aydır ki, Musa Qurbanlı bizimlədir. Onunla uzun müddətli müqavilə imzalamışıq. Kimdənsə belə qısa zamanda çox şey tələb etmək ağlabatan deyil. Bəzən vaxt lazımdır”.

Musanın komandası ilə müqaviləsi 2026-cı ilə qədərdir.