Digər

Rusiya çempionatında faciə: Biri öldü, digəri…

Sverdlovsk vilayətində motokros üzrə Rusiya çempionatında faciə baş verib.

Aut.az xəbər verir ki, qəza nəticəsində Ruslan Kozub dünyasını dəyişib.

Ruslan Kozub həmin vaxt təsnifat mərhələsində Aleksandr Pupışevlə yarışıb. Aleksandr idarəetməni itirib və motosiklet trasdan çıxıb.

Nəticədə onların motosikletləri toqquşub. Kozuba trasda kömək göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Pupışev körpücük sümüyünün sınığı və ağciyər zədəsi ilə xəstəxanaya yerləşdirilib.

Aut.az