Dünya futbolu

“Qarabağ”ın rəqibi futbolçusu ilə müqaviləni uzatdı

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Bayer” futbolçusu Ceremi Frimponqla müqaviləni uzadıb.

Aut.az xəbər verir ki, 22 yaşlı vingerin sözləşməsi 2028-ci ilin yayına qədər artırılıb. Bu barədə klubun mətbuta xidməti məlumat yayıb.

Frimponq 2021-ci ilin yanvarından “Bayer”də çıxış edir. O, bu mövsüm 8 oyunda 2 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

“Bayer” Avropa Liqasının H qrupunda “Qarabağ”, “Hakken” (İsveç) və “Molde” ilə mübarizə aparır.

“Bayer” “Qarabağ”la ilk oyununu oktyabrın 26-da Almaniyada keçirəcək. Digər görüş isə noyabrın 9-da Bakıda olacaq.