Messi Dembeleni belə təbrik etdi
Lionel Messi Usmane Dembeleni “Qızıl top”u qazanması münasibətilə təbrik edib.
Aut.az xəbər verir ki, Leo bununla bağlı sosial şəbəkədə yazıb.
“Böyük Us! Təbrik edirəm, sənin üçün çox xoşbəxtəm. Sən buna layiqsən!” “İnter Mayami”nin futbolçusu fransız futbolçunun sosial şəbəkədəki paylaşımına şərh yazıb.
Səsvermədə ikinci yeri “Barselona”nın vingeri Lamin Yamal, üçüncü yeri isə PSJ-nin yarımmüdafiəçisi Vitinya tutub.
Messi və Dembele “Barselona”da birlikdə çıxış ediblər.
Aut.az
