İngilislər “Qalatasaray”ın futbolçusuna elçi düşdü
“Qalatasaray” qışda müdafiəçisi ilə vidalaşa bilər.
Aut.az xəbər verir ki, “Totenhem” İstanbul klubunun üzvü Viktor Nelssona göz dikib. 24 yaşlı futbolçunun müqaviləsində 30 milyon avro qarşılığında sərbəst qalma maddəsi var. İngilislər də məhz bundan istifadə edərək, danimarkalını heyətə cəlb etmək istəyir.
Qeyd edək ki, 2021-ci ilin yayından “Qalatasaray”da çıxış edən Nelson bu mövsüm 11 matçda iştirak edib.
