Musa Qurbanlı oynadı?
İsveç kubokunda qrup mərhələsinin ilk turunun oyunları keçirilib.
Aut.az xəbər verir ki, azərbaycanlı futbolçu Musa Qurbanlının komandası “Yurqorden” də ilk matçına çıxıb.
Sözügedən komanda evdə “Skovde” ilə qarşılaşıb və 2:0 hesablı qələbəyə sevinib.
Musa da bu oyunun iştirakçısı olub. O, 72-ci dəqiqədə meydana buraxılıb.
