“Beşiktaş” dan inamlı qələbə
Türkiyə çempionatında XXVI tura yekun vurulub.
Aut.az xəbər verir ki, turun ilk matçında “Kasımpaşa” “Karagümrük”lə qarşılaşıb.
Azərbaycan yığmasının forvardı Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” bu turda “Sivasspor”la heç-heçə edib. Dadaşov bu görüşdə start heyətdə meydana çıxıb və 64-cü dəqiqədə əvəzlənib.
“Fənərbağça” Qaradəniz səfərində “Rizespor”u məğlub edib.
Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Demirspor” səfərdən 1 xalla dönüb.
“Qalatasaray” və “Trabzonspor” isə asan qələbə qazanıb.
“Başakşəhər” bu turda “Kayserispor”a məğlub olub. “Beşiktaş” isə “Konyaspor”a qalib gəlib.
Super Liqa
XXVI tur
16 fevral
Kasımpaşa – Karagümrük 1:1
Qollar: Da Kosta, 11. – V.Eysseriç.38.
17 fevral
Antalyaspor – İstanbulspor 2:2
Qollar: A.Buksa, 14, 16 – E.Gedikli, 75, J.Lorentino, 90+9
Hatayspor – Sivasspor 1:1
Qollar: M.Budjema, 75 – R.Manaj, 18
Rizespor – Fenerbağça 1:3
Qollar: M.Minçev, 27 – S.Dursun, 48, E.Dzeko, 65, İ.Kahveci, 90+3
18 fevral
Alanyaspor – Adana Demirspor 3:3
Qollar: Balkoveç, 20. O.Aydın, 33. H.Florent, 76 – E.Akbaba, 67. Y.Sarı, 69. 90+7
Qaziantep – Samsunspor 1:1
Qollar: O.Özçiçek, 83. – L.Satka, 90+2.
Pendikspor – Trabzonspor 0:2
Qollar: Trezege, 76. E.Destan, 80.
Ankaragücü – Qalatasaray 0:3
Qollar: K.Demirbay, 13. D.Sançez, 14. M.İkardi, 39.
19 fevral
Başakşehir – Kayserispor 2:3
Qollar: D.Türüç, 58, H.Gureler, 90 – D.Nazon, 9, A.Karimi, 15, A.Boe Morte, 84
Beşiktaş – Konyaspor 2:0
Qollar: S.Kılıçsoy, 49, C.Tosun, 71
