İngiltərəDünya futbolu

Onu futbolu sevməyə Ronaldo vadar edib

“Liverpul”un və Fransa millisinin mərkəz müdafiəçisi İbrahima Konate əfsanəvi braziliyalı hücumçu Ronaldonun sayəsində futbola aşiq olduğunu etiraf edib.

“Ronaldo, yoxsa Maldini? braziliyalı! Mən həmişə onu seçəcəyəm. Mənə futbolu sevdirən o idi. Uşaq vaxtı vaxt keçirmək üçün oynayırdım. Bir gün qardaşımın Klément adlı dostu ilə futboldan danışırdıq və o, məndən Ronaldonu tanıyıb-tanımadığımı soruşdu.

Mən “yox” dedim və o, videonu mənə göstərdi. Özümü sehrə baxan kimi hiss etdim. Bu məni valeh etdi. Sonra onun bütün videolarına baxdım və yeganə məqsədim Ronaldonun driblinqini təkrarlamaq idi”, – “France Info” Konatenin sözlərindən sitat gətirib.

Konatenin 24 yaşı var və 2021-ci ildən “Liverpul”da çıxış edir. Bu mövsüm fransalı bütün yarışlar nəzərə alınmaqla 32 oyun keçirib və bir məhsuldar ötürmə edib. Futbolçunun Mersisayd klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir. “Transfermarkt” fransalı müdafiəçinin bazar dəyərini 45 milyon avro qiymətləndirir.

Aut.az