“Cəbrayıl”da yeni futbolçu
II Liqada mübarizə aparan “Cəbrayıl” heyətini yeni futbolçu ilə gücləndirib.
Aut.az xəbər verir ki, sözügedən komanda müdafiəçi Samir İbrahimovla mövsümün sonuna qədər müqavilə imzalayıb.
İbrahimov mövsümün ilk yarısında I divizionda MOİK-də çıxış edib.
“Cəbrayıl” II Liqada 14 turdan sonra 30 xalla 3-cü sıradadır.
