Millidən getdi
Jordi Alba İspaniya millisindən ayrılmaq qərarına gəlib.
“İnter Mayami”nin müdafiəçisi qərarını bir neçə həftə əvvəl İspaniya Kral Futbol Federasiyasına (RFEF) açıqlayıb.
Alba İspaniya millisində 93 oyun keçirib və 10 qol vurub.
O, yığmanın şərəfini təxminən 12 il qoruyub. 34 yaşlı futbolçu milli ilə Avro-2012 və 2022/23-cü il Millətlər Liqasının qalibi olub.
Aut.az
