İspaniya

“Atletiko”nun ulduzu rəhbərliyi xəbərdar etdi: Gedirəm

Argentina millisinin hücumçusu Julian Alvares bu yay “Atletiko Madrid”i tərk etmək qərarına gəlib.

Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Alvares artıq planlarını “Atletiko” rəhbərliyinə çatdırıb. Argentinalı oyunçu illik 10 milyon avro dəyərində yeni müqavilə təklifini rədd edib. Bu, onu komandanın ən çox qazanan oyunçusu edəcəkdi.

Alvares karyerasını davam etdirmək üçün “Barselona”ya üstünlük verir. Lakin “Atletiko Madrid” oyunçusu üçün kataloniyalılardan 150 milyon avro tələb edəcək.

İnsayder Fabritsio Romanonun sözlərinə görə, PSJ və hücumçunun sabiq klubu “Mançester Siti”, adı açıqlanmayan bir neçə Premyer Liqa klubu da Alvareslə maraqlanır.

26 yaşlı Alvares bu mövsüm “Atletiko”nun heyətində bütün turnirlərdə 49 oyunda 20 qol vurub və 9 məhsuldar ötürmə edib.

Aut.az