İspaniya

Alonsonun “Real”ı bu sxemlə oynayacaq: Hansı mövqelərə futbolçu alınmasını istəyir?

Gələn mövsümdən “Real”ın baş məşqçisi olacaq ispaniyalı mütəxəssis Xabi Alonso 3-4-3 sxemi ilə oynamaq niyyətindədir.

Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Alonso taktiki ideyalarını həyata keçirmək üçün bir neçə futbolçu alınmasını istəyir. Xüsusilə, “kral klubu” müdafiəni gücləndirməlidir. Sağ cinah müdafiəçisi mövqeyini Trent Alexander-Arnold tutacaq.

Eyni zamanda ispan nəhəngi sol cinah müdafiəçisi axtarışındadır.

Alonso bir mərkəz müdafiəçisi almasını da istəyir. “Bornmut”un futbolçusu Din Heuzenin namizədliyinə üstünlük verilir. İspaniyalı çalışdırıcı bir yarımmüdafiəçi də alınmasını vacib hesab edir.

Aut.az