“Barselona” onu qeydiyyatdan keçirdi: Bu gün oynaya bilər
“Barselona” nəhayət yeni futbolçusu Daniel Olmonu qeydiyyatdan keçirib.
Aut.az xəbər verir ki, Avropa çempionu “Barsa”nın heyətində La Liqanın 3-cü turu çərçivəsində keçiriləcək “Rayo Valyekano” ilə matçda debüt edə bilər.
“Barselona” Olmonu avqustun 9-da “Leysiq”dən transfer edib. Futbolçuyla müddəti 2030-cu ilə qədər olan müqavilə imzalanıb. “Barsa” maliyyə problemlərinə görə Olmonu qeydiyyatdan keçirə bilmirdi.
Qeyd edək ki, “Rayo Valyekano” – “Barselona” matçı bu gün Bakı vaxtı ilə saat 23:30-da keçiriləcək.
Aut.az
