Zidana yetişdi, amma ona, çətin ki, çatsın
“Real”da Karlo Ançelottidən daha çox qələbə qazanan yalnız bir məşqçi var.
Sentyabrın 2-də Madrid klubu La Liqanın 4-cü turunda “Xetafe”ni məğlub edib (2:1). Bu, italiyalı mütəxəssisin komanda ilə işlədiyi müddətdə 172-ci qələbəsidir.
Ançelotti Zinəddin Zidana çatıb və onunla ikinci yeri bölüşür. Qələbə rekordu isə Migel Munoza məxsusdur – 357.
Ançelottinin rəhbərliyi altında “Real” La Liqada 111, Çempionlar Liqasında 36, Kral Kubokunda 17, Klublararası Dünya Kubokunda 4, Avropa Superkubokunda 2, İspaniya Superubokunda 2 qələbə qazanıb.
Aut.az
