70 milyonluq təklifi geri çevirdilər
Frankfurt “Ayntraxt”ı Randal Kolo-Mouani üçün PSJ-nin 70+10 milyon avroluq təklifini rədd edib.
Aut.az xəbər verir ki, bu barədə alman jurnalist Florian Plettenberq məlumat verib.
“Ayntraxt”ın bu imtinasından sonra klublar arasında danışıqlar bitməyib. Bununla belə, Paris klubu Fransa millisinin 24 yaşlı forvardı üçün 100 milyon avrodan çox pul ödəmək fikrində deyil. Kolo-Muani özü transferdə israrlıdır.
Ötən mövsüm Kolo-Mouani “Ayntraxt”ın heyətində bütün turnirlərdə 45 oyunda 23 qol vurub və 14 məhsuldar ötürmə verib.
Aut.az
