“Bavariya”dan ayrılmaq istəyir – Amma “Çelsi”yə “yox” dedi
“Bavariya”nın hücumçusu Matis Tel az oynaması səbəbindən bu qış Münhen klubunu tərk etmək istəyir.
Aut.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Mənbənin məlumatına görə, 19 yaşlı fransalı futbolçunun xidmətində “Çelsi”, “Mançester Yunayted”, “Arsenal” və “Tottenhem” maraqlıdır. Bununla belə, Matisin “Çelsi”yə “yox” dediyi bildirilir.
“Transfermarkt” portalı Telin dəyərini 30 milyon avro qiymətləndirir. Onun “Bavariya” ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.
Bu mövsüm Tel bütün turnirlərdə “Bavariya”nın 13 matçında 1 məhsuldar ötürmə edib.
Aut.az
