Polisin araşdırması başa çatdı: Klub sahibinin ölüm səbəbi açıqlandı
Polis 2018-ci ildə “Lester”in prezidenti Viçay Şrivaddhanaprabhanın ölümü ilə nəticələnən təyyarə qəzası ilə bağlı araşdırmasını başa çatdırıb.
Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
İstintaq komissiyasının məlumatına görə, hadisə bədbəxt hadisə nəticəsində baş verib.
Qeyd edək ki, mərhum iş adamının ailəsi helikopter istehsalçısı “Leonardo”nu məhkəməyə vermək niyyətindədir.
Şrivaddhanaprabha Taylandın beşinci ən varlı adamı idi. Öldüyü zaman sərvəti 4,9 milyard dollar idi.
Xatırladaq ki, 2018-ci il oktyabrın 27-də matç bitdikdən yarım saat sonra helikopter stadiondan havaya qalxıb və hadisə şahidlərinin sözlərinə görə, qəfil sürətini itirməyə başlayıb. Bundan sonra o, avtomobillərin dayanacağına düşüb və yanıb.
Qeyd edək ki, Viçayın nümayəndələrinin pilota və ya onun ailəsinə qarşı heç bir şikayəti yoxdur.
Aut.az
