İlk yaşandı: Peşəkar komandaya qadın rəhbərlik edəcək
“İnqolştadt” rəhbərliyi 32 yaşlı Sabrina Vittmanı baş məşqçi postuna təsdiqləyib.
Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“May ayında birinci komandaya müvəqqəti rəhbərlik edəndə bunun qısa bir macəra olmayacağına ümid edirdim. Bundan sonra komanda ilə keçirdiyim hər an bu mövqedə uzun müddət qalmaq istəyimi daha da gücləndirdi”, – deyə Vittman bildirib.
Bu təyinatla Vittmann peşəkar komandaya rəhbərlik edən ilk qadın baş məşqçi kimi tarixə düşüb. Onun rəhbərliyi altında “İnqolştadt” dörd oyun keçirib, komanda iki dəfə qalib gəldib.
Aut.az
