Almaniya

“Bavariya” “Bayer”in müdafiəsinin dirəyi ilə razılaşdı

“Bavariya” yay transfer pəncərəsində “Bayer”in mərkəz müdafiəçisi Conatan Ta ilə şifahi razılığa gəlib.

Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində  jurnalist Florian Plettenberq məlumat verib.

Mənbənin sözlərinə görə, Münhen komandası futbolçunun nümayəndəsi ilə potensial transferin ən vacib detallarını müzakirə edib, lakin hələ ki, klubu ilə danışıqlar aparmayıb. Qeyd olunur ki, Ta özü də “Bayer”dən ayrılmaq istəyir və karyerasını davam etdirmək üçün bir çox variantı var.

28 yaşlı Conatan Ta 2015-ci ildə “Hamburq”dan “Bayer Leverkuzen”ə keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 353 matçda iştirak edib, 14 qol vurub, 12 məhsuldar ötürmə edib. Tanın “əczaçılar” ilə hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.

Aut.az