Azərbaycan futbolu

“Şamaxı”da daha bir ayrılıq

2024/25 mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şamaxı”da növbəti ayrılıq reallaşıb. Bu barədə klubu mətbuat xidməti məlumat yayıb.

Aut.az xəbər verir ki, bölgə təmsilçisi futbolçusu Əli Mürsəlovla yollarını ayırıb. 23 yaşlı hücumçunun başa çatan müqaviləsi yenilənməyib. “Şamaxı” Mürsəlova göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, “Şamaxı” daha əvvəl Əkpər Vəliyev, Süleyman Damadayev (“Qəbələ”), Elçin Qasımov (“Turan Tovuz”) və Əbil Əbilovla yollarını ayırıb.