Neymara olan təzyiq Messiyə olsaydı, təslim olardı – İDDİA
“Fluminense”nin mərkəz müdafiəçisi Tiaqo Silva “Əl-Hilal”ın və Braziliya millisinin hücumçusu Neymar haqda danışıb.
Aut.az xəbər verir ki, Silva Neymarın stressə davamlılıq səviyyəsini tərifləyib.
“Neymar əqli cəhətdən çox güclüdür. Əgər Messi bütün karyerası boyunca Neymar kimi eyni təzyiq altında olsaydı, təslim olardı. Onun (Neymar) üzərindəki təzyiq həddindən artıqdır. Bəzən yorucu olur”, – Silvanın sözlərini “TNT Sports” sitat gətirir.
Xatırladaq ki, Neymar və Messi “Barselona”da (2013-cü ildən 2017-ci ilə kimi) birgə çıxış ediblər. Bu müddətdə braziliyalı futbolçu bütün turnirlərdə 186 matçda iştirak edib, 105 qol vurub, 76 məhsuldar ötürmə edib.
2023-cü ilin yayında Neymar PSJ-dən “Əl-Hilal”a keçib.
Aut.az
