İspaniya

Yeni “maliyyə rıçağı” axtarırlar

“Barselona” yeni “maliyyə rıçağı”nı işə sala bilər.

Aut.az xəbər verir ki, bu barədə RAC1 məlumat yayıb.

Mənbənin məlumatına görə, Kataloniya klubu xərc məhdudiyyətlərindən qaçmaq üçün ona lazım olan 100 milyon avro axtarışındadır. “Barselona”nın prioriteti “Nike” ilə müqavilə imzalamaqdır.

“Barselona”nın 100 milyon avro əlavə gəlir əldə etməsinə ehtiyac olduğu üçün qarşıdakı transfer pəncərəsinin əvvəlində “blauqrana”nın 1:1 qaydasından yararlana bilməyəcəyi ehtimalının olduğu vurğulanır. Bu hal onu göstərir ki, hazırda Kataloniya klubunun İspaniya Primerası üçün futbolçuların satışından və maaşlarına qənaətdən əldə edilən bütün vəsaiti xərcləmək imkan verəcək qədər gəliri yoxdur.

Aut.az