İngiltərə

İngiltərənin düşərgəsində gərginlik: Şoka düşüb

“Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeytin onu komandanın Avro-2024 üçün yekun heyətinə daxil etməməsi qərarından şoka düşüb.

Aut.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Mənbənin sözlərinə görə, bəzi futbolçular ona dəstək olmaq üçün Qrilişin yanına gedib. “Şəhərlilər”in yarımmüdafiəçisi hələ də milli komandadanın düşərgəsindədir.

Həmçinin bildirilir ki, İngiltərə millisinin bir futbolçusu vəziyyəti nizamlamaq və qərarını komanda üzvlərinə izah etmək üçün baş məşqçi Qaret Sautqeyti şəxsi söhbətə cəlb etməyə çalışıb.

Qeyd olunur ki, futbolçu ilə məşqçi arasında mübahisə və ya münaqişə olmayıb.

Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. İngiltərə C qrupunda Serbiya (16 iyun), Danimarka (20 iyun) və Sloveniya (25 iyun) ilə mübarizə aparacaq.

Aut.az