İngiltərəDünya futbolu

İngiltərə klubu gürcünü aldı

“Uotford” “Genk”dən yarımmüdafiəçi Giorgi Çakvetadzeni 2,5 milyon avroya transfer etdiyini açıqlayıb.

Aut.az xəbər verir ki, gürcü cari mövsümün ilk hissəsini icarə əsasında “Uotford”da keçirib. İngiltərə klubu futbolçunu alıb. Futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

“Transfermarkt” Çakvetadzeni 2 milyon avro qiymətləndirir.

Bu mövsüm 24 yaşlı futbolçu 25 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Çakvetadze 2023-cü ilin iyununda Tbilisi “Dinamo”sundan “Genk”ə keçib. Transfer məbləği 1,5 milyon avro olub.

29 oyundan sonra “Uotford” Çempionşipdə 41 xalla 9-cu pillədə qərarlaşıb.

Aut.az