İngilislərlə danışıqlara gedirlər
“Bavariya” “Çelsi”nin qapıçısı Kepa Arrizabalaqa ilə maraqlanır
Aut.az xəbər verir ki, münhen təmsilçisinin baş məşqçisi Tomas Tuxel klub rəhbərliyinə ispaniyalı əlcək sahibini transfer etməyi təklif edib. Klublar arasında danışıqlar tezliklə başlayacaq. Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Ümumiyyətlə, qapı xəttini gücləndirməyi hədəfləyən “Bayern” rəhbərliyinin namizədləri arasında “Ayaks”dan Jeronimo Rulyi və “Sevilya”dan Yassin Bunu da var.
