İngiltərə

“Çelsi”də böhran: “Liverpul”la oyunda 7-8 futbolçu…

“Çelsi”nin baş məşqçisi Entso Mareska yeddi və ya səkkiz futbolçunun İngiltərə Premyer Liqasında “Liverpul”a qarşı keçiriləcək yeddinci tur matçını buraxacağını açıqlayıb.

Aut.az xəbər verir ki, qarşılaşma bu gün, oktyabrın 4-də “Stemford Bric”də keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

“Koul (Palmer) hələ də oynaya bilməz. Trevo (Çaloba) da cəzalanıb. Yeddi-səkkiz futbolçu oyunda iştirak edə bilməyəcək.

Palmer haqqında hələ heç bir məlumatım yoxdur. Onun özünü necə hiss etdiyini öyrənmək üçün bu həftə görüş keçirəcəyik və beynəlxalq fasilədən sonra meydana qayıda bilib-bilməyəcəyinə qərar verəcəyik”, – Mareska “Çelsi”nin veb-saytına deyib.

Aut.az