Son Ronaldonu geridə qoydu
“Tottenhem”in hücumçusu Son Hın İngiltərə Premyer Liqasında vurduğu qolların sayına görə portuqaliyalı Kriştianu Ronaldonu geridə qoyub.
Aut.az xəbər verir ki, Premyer Liqanın 4-cü turunun “Bernli” ilə oyununda “Tottenhem”in 31 yaşlı kapitanı görüşün 16-cı dəqiqəsində hesabı bərabərləşdirib. Bu qol cənubi koreyalı üçün Premyer Liqada 104-cü olub.
Bu göstəriciyə görə Son “Mançester Yunayted”in sabiq futbolçusu Kriştiano Ronaldonu (103) qabaqlayıb.
Aut.az
