İngiltərə

“Çelsi”yə kapitanından pis xəbər

“Çelsi”nin baş məşqçisi Mauricio Poçettino zədələnin müdafiəçi Ris Ceyms barədə danışıb.

Aut.az xəbər verir ki, argentinalı mütəxəssis London klubunun kapitanının əməliyyat oluna biləcəyini bildirib: “Əməliyyat variantını istisna etmirik. Bazar ertəsi vəziyyət daha aydın olacaq”.

İngiltərə millisinin üzvü Premyer Liqanın 16-cı turunun “Everton”la oyununda zədələnmişdi. Futbolçunun bud nahiyəsindən problem aşkarlanıb. Onun ən yaxşı halda 3 ay mendanlardan uzaq qalacağı bildirilir. Əməliyyat olunacağı halda bu, daha uzun çəkə bilər.

Qeyd edək ki, bu mövsüm 24 yaşlı Ceyms zədələrə görə “Çelsi”nin heyətində cəmi 9 oyun keçirib.